Avtobusların oturacaqlarında it daşıyanlar da peyda olub. Avtobusların oturacaqlarında it daşıyanlar da peyda olub.
  • Toplum
  • 11 Dekabr 2018 16:17
  •  2 582

Avtobuslardan istifadə edənlərin nəzərinə: Bu xəbəri mütləq oxuyun - VİDEO

Avtobusların oturacaqlarında it daşıyanlar da peyda olub.


Avtobuslarda tikinti materialları, heyvanların aparılması sərnişinləri çox vaxt narahat edir. Təəssüflər olsun ki, bu hallar getdikcə daha da artır.


ARB TV-nin “Günə doğru” proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

Vəziyyət o yerə çatıb ki, avtobusların oturacaqlarında it daşıyanlar da peyda olub. Heç bir təhlükəsizlik vasitəsi olmayan heyvan, sahibi tərəfindən avtobusa mindirilir. Sürücünün iradından sonra isə avtobusu tərk edir.

Bu hələ vəziyyətin yaxşı formasıdır. Əndazəli yüklərdən tutmuş, tikinti və ev əşyalarına kimi bir çox yükləri marşrut avtobusları ilə daşıyanlar var.

Sürücü: “Gediş-gəlişə çətinlik törədirlər”.

Sürücü: “Sərnişinlər də gərək bizi başa düşsün. Sərnişin avtobusunda yük daşımaq olmaz”.

Bu yüklərin daşınmasından sərnişinlər kimi, daşıyıcı şirkətlər də əziyyət çəkir. Çünki, o yüklər daşınan zaman avtobuslara maddi ziyan vurula bilər.

Babək Əlisgəndərov - Daşıyıcı Şirkətin nümayəndəsi: “Avtobusları qorumaq lazımdır. Ya şüşəni sındırırlar, ya ziyan verirlər. Bu hallara yol verməmək lazımdır”.

İctimai nəqliyyatda yüklərin daşınması ilə bağlı xüsusi qayda olmasa da, yalnız əl yüklərinin daşınmasına icazə verilir. Amma digər sərnişinlərin həyatı üçün hər hansısa bir təhlükə yaratmamaq şərti ilə.

Ekspertlər deyir ki, bunun üçün xüsusi qaydaların tətbiqinə ehtiyyac var. Bu kimi halların qarşısını almaq üçün ictimai qınağın da olması vacibdir.

AzNews.az