Bu gün Dövlət İmtahan Mərkəzində fizika fənni üzrə növbəti elmi-metodiki seminar keçirilib Bu gün Dövlət İmtahan Mərkəzində fizika fənni üzrə növbəti elmi-metodiki seminar keçirilib
  • Toplum
  • 12 Dekabr 2018 16:26
  •  1 526

Fizikadan builki test tapşırıqları müzakirə edildi - FOTO

Bu gün Dövlət İmtahan Mərkəzində fizika fənni üzrə növbəti elmi-metodiki seminar keçirilib

Seminarda 18 iyul 2018-ci ildə ali təhsil müəssisələrinə IV ixtisas qrupu üzrə qəbul imtahanında istifadə edilmiş test tapşırıqlarının elmi-metodiki baxımdan müzakirəsi aparılıb.

AzNews.az məlumat verir ki, seminarda iştirak edən Bakı və Sumqayıt şəhərlərinin orta və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər gündəlik məsələ ilə bağlı fikirlərini bildiriblər.

Müzakirəsi aparılmış 11 (A variantı, 115-125 saylı, B variantı, 102, 105, 106, 108, 110, 113, 117, 120-122, 124 saylı) test tapşırığının hər biri imtahan nəticələrinin statistik göstəriciləri əsasında mövzu, mürəkkəblik dərəcəsi və nominasiyasına görə təhlil edilib.

Növbəti seminarda (19 dekabr 2018-ci il tarixində, saat 10:30-da; ünvan: Abdulvahab Salamzadə küçəsi 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) abituriyentlərin cavab verməkdə çətinlik çəkdikləri test tapşırıqların şərhinə dair tövsiyələrin müzakirəsi aparılacaq.

Səidə Nurməmmədli
AzNews.az

image description image description