“İki sərnişin mübahisə edib". “İki sərnişin mübahisə edib".
  • Toplum
  • 12 Dekabr 2018 21:28
  •  1 650

Bakı metrosunda dava düşdü - YENİLƏNİB

“İki sərnişin mübahisə edib".

“Hadisə zamanı mübahisə edən sərnişinlər bir-birindən şikayətçi olmayıb”.

Bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Bakı metrosunun “Gənclik” stansiyasında baş verən hadisə ilə bağlı bildirib.

“Hadisə zamanı ictimai asayiş pozulmayıb. Polis sərnişinlərlə söhbət aparıb, onlar bir-birinə qarşı barışdırıcı mövqe tutduqları üçün məsələ yerindəcə aydınlaşdırılıb. Onlar barışdırılaraq yola salınıb”, - deyə o vurğulayıb.

18.53

Bakı metrosunun “Gənclik” stansiyasında dava düşüb.

Hadisə saat 18:37-də baş verib.

Bir neçə nəfər naməlum səbəblərdən dava edib və stansiyada sıxlıq yaşanıb.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov faktı saytımıza təsdiqləyib.

Onun sözlərinə görə, qatara minən və düşən sərnişinlər arasında mübahisə düşüb:

“İki sərnişin mübahisə edib. İnsident böyüdüyü üçün metropoliten işçiləri və polis əməkdaşları vəziyyətə müdaxilə edib. Sərnişinlər hazırda ifadə verir. Daha ətraflı məlumat veriləcək”. (oxu.az)

AzNews.az