İşçilər rəhbərliyə etiraz olaraq bu addımı atıb. İşçilər rəhbərliyə etiraz olaraq bu addımı atıb.
  • Toplum
  • 15 Dekabr 2018 13:25
  •  10 725

Telekanalın kollektivi istefa verdi - Azərbaycanda

İşçilər rəhbərliyə etiraz olaraq bu addımı atıb.

Bu dəqiqələrdə redaksiyamıza daxil olan məlumata görə, CVN telekanalının 8 nəfər əsas əməkdaşı - 3 aparıcı, 5 müxbir rəhbərliyə etiraz əlaməti olaraq ofisi tərk ediblər.

AzNews.az xəbər verir ki, nəticədə canlı yayım dayandırılıb və efirə təkrar videolar yerləşdirilib.

İşçilər telekanalın Baş prodüsseri Ülvira Qarayevanın əməkdaşlarla qeyri-etik davranışına etiraz ediblər.

Qeyd edək ki, eyni səbəblərdən daha öncə Azadə Balayeva, Kəmalə Əliiskəndərqızı və Nübar Əbilqızı, Rəbiqə Nazimqızı kimi jurnalistlər də həmin kanalı tərk etmişdi.

© AzNews.az