5000-ə yaxın müxtəlif cinsli ağac əkilib. 5000-ə yaxın müxtəlif cinsli ağac əkilib.
  • Toplum
  • 15 Dekabr 2018 18:45
  •  1 448

“ASAN xidmət" ETSN-in aksiyasına qoşulub - FOTO

5000-ə yaxın müxtəlif cinsli ağac əkilib.

Ölkə Prezidentinin yeni yaşıllıqların salınması ilə bağlı tövsiyə və tapşırıqlarına uyğun olaraq ağac əkilməsinin təşviqi məqsədilə “Ağac əkək, qoruyaq, bu ənənəni yaşadaq!” devizi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən başladılan payız ağacəkmə kampaniyasına “ASAN xidmət"in kollektivi də qoşulub.

Nazirlikdən AzNews-a verilən məlumata görə, dekabrın 15-də keçirilən aksiya zamanı ETSN-nin və “ASAN xidmət"in kollektivi keçmiş Yod-Brom zavodunun Nazirlik tərəfindən təmizlənmiş 6 hektar ərazisində 5000-ə yaxın müxtəlif cinsli ağac əkib.

Qeyd edək ki, ağac tingləri Ekologiya və Təbii Sərvətlər Nazirliyi "Azəryaşlandşaft" ASC-nin və Meşələrin inkişafı departamentinin tinglik sahələrində yetişdirilib.

Nazirlik payız ağacəkmə kampaniyasını dəstəkləyən və qoşulan bütün tərəflərə təşəkkür edir.

AzNews.az

image description image description image description image description