Bakı sakini heyvanlar üçün sığınacaq düzəldib. Bakı sakini heyvanlar üçün sığınacaq düzəldib.
  • Toplum
  • 15 Dekabr 2018 22:53
  •  1 849

Bakı sakini öz bağında heyvanlar üçün sığınacaq düzəldib - VİDEO

Bakı sakini heyvanlar üçün sığınacaq düzəldib.

O, onları ölümdən xilas edir və yaşamaq üçün daha bir şans verir. Bu xeyirxah əməl üçün o nə pulunu, nə də ki şəxsi bağını əsirgəyir.

Bu haqda oxu.az “MİR 24”ə istinadən bildirir.

Paytaxtdan bir az aralıda 20 sotluq ərazidə “Xoş bir dünya” yerləşir. Fərid Mansurov adlı sakin şikəst və tərk edilmiş itlərə öz şəxsi bağının ərazisini hədiyyə edib. İlk “sakin” iki il əvvəl məskən salıb. Bu, yol-nəqliyyat qəzası zamanı ayağını itirmiş it olub. İkinci sakin isə soyuqdan və aclıqdan ölmək üzrə olan balaca küçük olub. Buradakı hər bir itin acı taleyi var.

“Əlil, şikəst və ya xəstə itlər. Bizim müəyyən əhatə dairəmiz var. Biz bəlaya düçar olan heyvanları xilas edirik”, - deyə Mansurov bildirir.

Hazırda sığınacaqda 350 heyvan var. Bəziləri ilk baxışdan şikəstə bənzəmir. Fərid izah edir ki, psixoloji sarsıntılar fiziki sarsıntılardan heç də az əziyyətli olmur. Məsələn, iki çoban itini sahibləri dözülməz şəraitdə saxlayıb.

“İki iti sahibləri təqribən 30-40 santimetrlik qısa zəncirdə saxlayıb. Biz bu itləri pulla aldıq. Təəssüf ki, qanunvericilik bizə bu itləri müsadirə etməyə imkan vermir, biz ancaq onları pulla ala bilirik”, - deyə sığınacağın sahibi bildirir.

Bu sığınacaqda itlər insanlara yenidən etibar etməyi öyrənirlər. 18 yaşlı Firudin Əhmədov uşaqlıqdan itinin olmasını arzulayıb, lakin valideynləri buna icazə verməyib. Ona görə onun sevgisi heyvanların hamısına kifayət edir.

“Bəzi valideynlər uşaqlıqdan insanları heyvanlara etibar etməməyə öyrədirlər və sonra onların qəddarlıqlarına təəccüblənirlər. Kiçik yaşlardan heyvanları, insanları, təbiəti, bizi əhatə edən hər bir şeyi sevməyi öyrənmək lazımdır”, - deyə sığınacağın işçisi deyib.

İstəyənlər “Xoş bir dünya”dan it götürüb saxlaya bilərlər.

AzNews.az