2018-ci ilin 10 ayı ərzində 50882 nikaha daxilolma hallar qeydə alınıb. 2018-ci ilin 10 ayı ərzində 50882 nikaha daxilolma hallar qeydə alınıb.
  • Toplum
  • 16 Dekabr 2018 12:16
  •  1 312

Bu il neçə nəfər ailə qurub?

2018-ci ilin 10 ayı ərzində 50882 nikaha daxilolma hallar qeydə alınıb.

2018-ci ilin 10 ayı ərzində Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri tərəfindən ölkədə 50882 nikaha daxilolma halları, 12396 boşanma halları qeydə alınıb.

Bu barədə Dövlət Statistika Komitəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rafael Süleymanov bildirib.

R.Süleymanovun sözlərinə görə, hesabat dövründə qeydə alınan 1813 nikah Azərbaycan vətəndaşları ilə xarici ölkə vətəndaşları arasında bağlanıb:

“Onlardan 949-u Azərbaycan vətəndaşı olan qadınlarla xarici ölkə vətəndaşı olan kişilər arasında, 864-ü isə Azərbaycan vətəndaşı olan kişilərlə xarici ölkə vətəndaşı olan qadınlar arasında bağlanmış nikahlardır”.

Şöbə müdiri azərbaycanlıların nikahda üstünlük verdiyi ölkələrin də adını açıqlayıb:

“Azərbaycan vətəndaşı olan qadınlar əsasən Türkiyə, Rusiya Federasiyası və Gürcüstan vətəndaşları ilə, kişilər isə əsasən Rusiya Federasiyası, Gürcüstan və Ukrayna vətəndaşları ilə nikah bağlayıblar”.(modern.az)

AzNews.az