Azərbaycanda ilk dəfə onkoloji terminlər lüğəti tərtib ediləcək. Azərbaycanda ilk dəfə onkoloji terminlər lüğəti tərtib ediləcək.
  • Toplum
  • 16 Dekabr 2018 13:53
  •  1 934

Onkoloji terminlər lüğəti tərtib edilir

Azərbaycanda ilk dəfə onkoloji terminlər lüğəti tərtib ediləcək.

Bu haqda qərar AMEA-nın toplantısı zamanı verilib.

Toplantıda çıxış edən AMEA-nın bioloji və tibbi elmlər şöbəsinin katibi, akademik Əhliman Əmiraslanov bildirib ki, ölkədə ilk dəfə belə bir lüğət tərtib olunacaq.

Akademik qeyd edib ki, lüğətdə onkoloji terminlərin Azərbaycan dilində izahı veriləcək, nəşr bu sahədə çalışan həkimlər, ali və orta ixtisaslı tibbi müəssisələrin tələbələri üçün faydalı olacaq.

Terminoloji lüğət Əhliman Əmiraslanov və Şirvan Abdullayev tərəfindən tərtib ediləcək.(oxu.az)

AzNews.az