Hadisə 319 saylı məktəbin qarşısında baş verib. Hadisə 319 saylı məktəbin qarşısında baş verib.
  • Toplum
  • 17 Dekabr 2018 13:30
  •  2 168

Bakıda iki müəlliməni maşın vurdu

Hadisə 319 saylı məktəbin qarşısında baş verib.

Bu gün səhər saatlarında Qaradağ rayonu, Sahil qəsəbəsində işə gedərkən 2 müəlliməni maşın vurub.

Hadisə 319 saylı məktəbin qarşısında baş verib.

Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov faktı təsdiqləyib. Onun sözlərinə görə, yaralılar təcili tibbi yardımla Kliniki Tibbi Mərkəzə gətirilib, onlardan birinin vəziyyəti daha ağırdır. “Yaralılardan birinin 60, digərinin 63 yaşı var”, -Abubəkirov əlavə edib.

Qəzaya düşən Səltənət və Balaxanım adlı müəllimələr qəsəbədə yerləşən 253 saylı məktəbdə dərs deyirlər. “Hadisə şahidləri bildirirlər ki, maşın sürətlə gəlirmiş, piyadalar 3 nəfər olub, biri qaçaraq xilas ola bilib, digərlərini maşın vurub”,-məktəbdən deyiblər.(virtualaz.org)

© AzNews.az