Gələn ilin əvvəlində şagirdlərin istifadəsinə veriləcək Gələn ilin əvvəlində şagirdlərin istifadəsinə veriləcək
  • Toplum
  • 17 Dekabr 2018 14:54
  •  1 328

İmişlidə modul tipli məktəb binası quraşdırılır

Gələn ilin əvvəlində şagirdlərin istifadəsinə veriləcək

İmişlidə Muradxanlı kənd ümumi orta məktəbi üçün 54 şagird yerlik modul tipli bina quraşdırılır.

AzNews.az məlumat verir ki, binanın tikinti-quraşdırma işləri Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə ayrılan vəsait hesabına həyata keçirilir.

Tikinti-quraşdırma işləri Təhsil Nazirliyinin sifarişi ilə aparılır. Artıq binanın bünövrəsi tökülüb və quraşdırma işləri görülür. Yeddi sinif otaqlı bina dayanaqlı su, istilik və elektrik enerjisi ilə təmin olunacaq.

Təhsil ocağının gələn ilin ilk aylarında şagirdlərin istifadəsinə verilməsi planlaşdırılır.

Səidə Nurməmmədli
AzNews.az