Çaylardakı mövcud vəziyyət açıqlanıb Çaylardakı mövcud vəziyyət açıqlanıb
  • Toplum
  • 17 Dekabr 2018 16:31
  •  755

Çayların suyu artıb

Çaylardakı mövcud vəziyyət açıqlanıb

Suyun səviyyəsində 4 sm artım müşahidə olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzNews.az-a verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 90-100, Kiçik Qafqazın çaylarında 50-150, Lənkəran-Astara bölgəsi çaylarında isə orta hesabla 90-160 faizini təşkil edir.

Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm artım müşahidə olunub.

Hazırda məntəqədə su sərfi 227 m3/s olmaqla ongünlük normanın 146 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 191 m3/s olmaqla ongünlük normanın 122 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 81 m3/s olmaqla, ongünlük normanın 107 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 41 m3/s təşkil edərək ongünlük normanın 54 faizinə bərabər olub.

Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, Kür çayının Surra və Araz çayının Novruzlu məntəqələrində 5, Şirvanda 6, Salyanda 10, Bankədə isə suyun səviyyəsində 7 sm artım qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 473 sm (2017-ci il dekabrın 17-də 381 sm), Şirvanda 351 sm (2017-ci il dekabrın 17-də 257 sm), Salyanda 312 (2017-ci il dekabrın 17-də 212 sm), Bankədə 265 sm (2017-ci il dekabrın 17-də 203 sm), Araz çayının Novruzlu məntəqəsində isə 160 sm (2017-ci il dekabrın 17-də 131 sm) təşkil edir.

Səidə Nurməmmədli
AzNews.az