Təmir işləri ilə əlaqədar bəzi ərazilərdə suyun verilişində fasilələr yaranacaq. Təmir işləri ilə əlaqədar bəzi ərazilərdə suyun verilişində fasilələr yaranacaq.
  • Toplum
  • 17 Dekabr 2018 18:22
  •  3 469

Bu ərazilərdə su kəsiləcək - XƏBƏRDARLIQ

Təmir işləri ilə əlaqədar bəzi ərazilərdə suyun verilişində fasilələr yaranacaq.

Kür-Bakı magistral su kəmərində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar bu gün saat 22:00-dan etibarən Bakının Qaradağ və Səbail rayonlarının bir hissəsinə (Səngəçal, Ümid, Sahil, Qızıldaş, AZNS, Lökbatan, Puta, Korgöz, Şıx, Bibiheybət qəsəbələrinə və 20-ci sahə yaşayış massivinə) içməli suyun verilməsi 24 saat müddətinə dayandırılacaq.

Bu barədə “Azərsu” ASC-dən bildirilib.

Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.

AzNews.az