Yaralılar xəstəxanaya çatdırılıb. Yaralılar xəstəxanaya çatdırılıb.
  • Toplum
  • 17 Dekabr 2018 20:08
  •  3 076

Bakıda avtomobil piyadalara çırpıldı - FOTO - VİDEO

Yaralılar xəstəxanaya çatdırılıb.

Bakıda avtomobilin piyadaları vurması ilə nəticələnən yol-nəqliyyat hadisəsində xəsarət alanların adları məlum olub.

Onlardan üçünün kimliyi bəlli olub.

1983-cü il təvəllüdlü Axundova Elnarə kəllə-beyin travması, 1964-cü il təvəllüdlü Zeynalov Sədaqət sağ qamış sümüyünün sınığı, 1965-ci il təvəllüdlü Mirabova Sevinc qapalı kəllə-beyin travması diaqnozu ilə əməliyyata alınıb. Onların vəziyyəti ağır olaraq qalır.

18.42

Paytaxtın Nərimanov rayonunda dörd piyadanın vurulması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Ağa Nemətulla küçəsində “Hyundai” markalı 90 AV 316 dövlət nömrə nişanlı avtomobil dörd piyadanı vurub, daha sonra “BMW” markalı 10 MO 201 dövlət nömrə nişanlı avtomobilə çırpılıb.

Hadisə nəticəsində ikisi qadın , ikisi kişi olmaqla dörd nəfər piyada ağır xəsarətlər alıb. Onlar təcili olaraq 1 saylı Kliniki Tibbi Mərkəzə (Semaşko) çatdırılıblar.

Hadisə şahidlərinin sözlərinə görə, qəza nəticəsində xəsarət alan oğlanlardan biri ərazidə fəaliyyət göstərən marketlərdə çalışırmış. Onun lal olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır. (oxu.az)

AzNews.az

image description image description image description image description image description