Toksikologiya Mərkəzinin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bu barədə məlumat verib. Toksikologiya Mərkəzinin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bu barədə məlumat verib.
  • Toplum
  • 17 Dekabr 2018 22:10
  •  3 272

Azərbaycanda 151 nəfər xəstəxanaya yerləşdirildi - SƏBƏB?

Toksikologiya Mərkəzinin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bu barədə məlumat verib.

Azərbaycanda yanvar ayından indiyədək 151 nəfər dəm qazından zəhərlənmə şikayəti ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Bunu Trend-ə mərkəzin Toksikologiya Mərkəzinin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.

Onun sözlərinə görə, aprel ayından indiyədək 135 nəfəri ilan, əqrəb və hörümçəyin bir növü olan qaraqurd sancıb.

Azərbaycanda aprel ayından indiyədək 80 nəfər ilansancma, 24 nəfər qaraqurd, 31 nəfər sarı əqrəb sancması şikayəti ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya Mərkəzinə yerləşdirilib.

A.Maqsudov qeyd edib ki, qaraqurd və sarı əqrəb sancmaları ilə bağlı şikayətlər əsasən isti aylarda Bakıətrafı ərazilərdə yaşayan insanlar tərəfindən daxil olub.

Şöbə müdiri bildirib ki, statistikaya əsasən, ilansancma ilə bağlı xəstəxanaya müraciətlər daha çox Şirvan şəhəri və Hacıqabul, Yevlax, Bərdə, Kürdəmir, Qəbələ rayonlarından daxil olur.

Onun sözlərinə görə, bu ilin əvvəlindən indiyədək 44 nəfər sirkə turşusundan zəhərlənib. Onların 3-ü sirkə qəbulundan zəhərləndikləri üçün dünyalarını dəyişiblər.

AzNews.az