Bakıda 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və 1 yanvar - Yeni il münasibətilə fəaliyyət göstərəcək Şaxta baba və Qar qız cütlüyünün sifariş qiyməti müəyyənləşib. Bakıda 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və 1 yanvar - Yeni il münasibətilə fəaliyyət göstərəcək Şaxta baba və Qar qız cütlüyünün sifariş qiyməti müəyyənləşib.
  • Toplum
  • 19 Dekabr 2018 10:35
  •  2 796

Şaxta baba və Qar qız olmaq istəyənlər nə qədər ödəməlidir?

Bakıda 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və 1 yanvar - Yeni il münasibətilə fəaliyyət göstərəcək Şaxta baba və Qar qız cütlüyünün sifariş qiyməti müəyyənləşib.

Bu barədə Bakı şəhər İcra Hakimiyyətinin Xidmət və Ticarət Departamentindən məlumat verilib.

Məlumatda bildirilib ki, Şaxta baba və Qar qız kimi fəaliyyət göstərmək üçün qiymətlər keçən ildəkindən fərqlənmir: "Şaxta baba və Qar qız icazəsi almaq üçün rüsum 60 manatdır. Bu rüsumu ödəyən cütlük Bakıda fəaliyyət göstərə bilər. 2017-ci ildə də həmin qiymət idi, dəyişiklik yoxdur".

Qeyd olunub ki, hələlik Şaxta baba və Qar qız olmaq üçün quruma müraciət olunmayıb: "Şaxta baba və Qar qız cütlüklərinin fəaliyyətinə dekabrın 25-dən icazə veriləcək. Cütlük 2019-cu il yanvarın 15-dək fəaliyyət göstərəcək".

Rəsmi məlumata görə, bayram günlərində şəhərdə ümumilikdə 36 yolka qurulacaq:

“Bundan başqa bulvar və İçərişəhərdə də yolka qurulur. Ən böyük yolka isə Azadlıq meydanında qurulur. Rəsmi məlumata görə, yolkalar şəhər və rayon İcra Hakimiyyətləri tərəfindən qurulur”.(moden.az)

© AzNews.az