Səfər edənlərin 65,4%-i kişilər, 34,6%-i isə qadınlar olub. Səfər edənlərin 65,4%-i kişilər, 34,6%-i isə qadınlar olub.
  • Toplum
  • 19 Dekabr 2018 19:02
  •  1 417

Xaricə gedən Azərbaycan turistlərinin sayı artıb

Səfər edənlərin 65,4%-i kişilər, 34,6%-i isə qadınlar olub.

Bu ilin yanvar-noyabr aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 18,5% artaraq 4 464,5 min nəfər olub.

Ölkə vətəndaşlarının 33,3%-i İrana, 29,1%-i Gürcüstana, 18,9%-i Rusiya Federasiyasına, 12,6%-i Türkiyəyə, 1,5%-i Ukraynaya, 0,9%-i Birləşmiş Ərəb Əmirliklərinə, 3,7%-i isə digər ölkələrə səfər edib. Səfər edənlərin 65,4%-i kişilər, 34,6%-i isə qadınlar olub.

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 69,3%, Gürcüstana gedənlərin sayı 3,3%, Türkiyəyə gedənlərin sayı 0,4% artıb, Rusiya Federasiyasına gedənlərin sayı 0,3% azalıb.

Bu ilin yanvar-noyabr aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan vətəndaşlarının 81,2%-i dəmir yolu və avtomobil, 18%-i hava, 0,8%-i isə su nəqliyyatından istifadə edib. (report)

AzNews.az