Bakıda yanğın olub Bakıda yanğın olub
  • Toplum
  • 20 Yanvar 2019 10:07
  •  1 855

Bakıda bina yandı - Sakinlər təxliyyə edildi

Bakıda yanğın olub

FHN xəbər verir ki, hadisə Nəsimi rayonunda yerləşən beşmərtəbəli yaşayış binasında qeydə alınıb.

Binanın 5-ci mərtəbəsində ümumi sahəsi 55 m² olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 12 m² sahədə və içərisində 2 ədəd məişət avadanlığı, hamam otağının lambirindən ibarət tavanı 3 m² sahədə və plastik qapısı yanıb, yüksək temperaturdan 1 ədəd kondisioner əriyib. Yanğın zamanı 8 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyyə edilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

AzNews.az