Bütün nəsil oğlanın üstünə qalxıb Bütün nəsil oğlanın üstünə qalxıb
  • Toplum
  • 21 Yanvar 2019 10:49
  •  2 171

Qaçırılan 16 yaşlı qızın nənəsi haray çəkdi: "Uşaq ona əmi deyirdi!" - VİDEO

Bütün nəsil oğlanın üstünə qalxıb

Ucar rayonunda 16 yaşlı qızın qaçırılmasının bəzi təfərrüatı məlum olub.

AzNews.az xəbər verir ki, 16 yaşlı Elvinanın nənəsi Sədaqət xanım Xoşqədəm Hidayətqızının "Səni axtarıram" verilişinə gələrək nəvəsinin geri qaytarılması üçün dəstək istəyib. Nənə deyib ki, şikayətin geri götürülməsi üçün qarşı tərəf qız evinə maşın təklif edib:

“Uşaq ona əmi deyir. Özünü götürüb yerə çırpır, “öldürün o oğlanı” - deyə, özünü öldürür. İndi bütün nəsil oğlanın üstünə qalxıb. Mənə kömək edin, nəvəmı onlardan alaq. Maşın, ev təklif edirlər ki, şikayətinizi geri götürün. Uşağımın taleyini niyə yandırdınız?!”.

Elvinanı qaçıran Zamin isə efirə zəng edərək qızın onu sevdiyini deyib:

“Nənəsi Elvinanı qohumlarına vermək istəyir. Elvina mənə dedi ki, “məni sevirsənsə, götür qaç”. Biz bir-birimiz sevirik. Ölüncə onu sevəcəyəm. Qızın mənə istəyi olmasaydı, onu qaçırmazdım”.

Bahar RÜSTƏMLİ
AzNews.az