"Mersedes"in içərisində 22 ton maye qaz olub "Mersedes"in içərisində 22 ton maye qaz olub
  • Toplum
  • 21 Yanvar 2019 11:35
  •  1 882

Bakıda 22 ton maye qaz daşıyan maşın aşdı - VİDEO

"Mersedes"in içərisində 22 ton maye qaz olub

Bakı şəhərində "Mercedes" markalı avtosistern aşıb.

AzNews.az FHN-ə istinadən xəbər verir ki, Nizami rayonu ərazisində İran İslam Respublikasına məxsus, içərisində 22 ton maye qaz olan "Mercedes" markalı avtosistern aşıb.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) müvafiq qüvvələri, Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin və Dövlət Neft Şirkətinin (SOCAR) mütəxəssisləri hadisə yerinə cəlb olunub. Sistern SOCAR-ın qaldırıcı kranı vasitəsilə götürülərək xüsusi təxliyə avtomobilində, Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisinin müşayiəti ilə, H.Əliyev adına Bakı Neft Emalı Zavodunun ərazisinə daşınıb.

AzNews.az