• Toplum
  • 31 Yanvar 2019 13:19
  •  388

“Onların enerji içkilərindən istifadəsi məhdudlaşdırılmalıdır” - Qoşqar Təhməzli

"Bununla bağlı hökumətə müraciətimiz oldu".

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli enerji içkilərinin insan orqanizminə vurduğu ziyanlardan danışıb.

O, çıxışında enerji içkilərinin insan orqanizminə mənfi təsirinin kofeinin miqdarı və həzmə sürətli daxil olmasından asılı olduğunu deyib.

Q.Təhməzli bildirib ki, bu içki soyuq qəbul edildiyindən ani olaraq mədədə sovrulma hissi baş verir: "Süni qan dövranının sürətlənməsi ilə yalançı oyanıqlıq sistemi yaranır. İnsanlar da elə düşünür ki, bu zaman onda gümrahlıq hissi yaranır. Ona görə də insan sağlamlığı üçün böyük təhlükə təhdidi verir. Soyuq çaylar insan bədəninə soyuq şəkildə daxil olsa da, kofeinin miqdarı 11 mq ölçüsündədir. Ümumiyyətlə, 18 yaşa qədər olan şəxslərin bu içkilərdən istifadə etməsi məhdudlaşdırılmalıdır. Enerji içkilərinin markalanması zamanı üzərində kofeinin miqdarı bildirilməlidir. Bununla bağlı hökumətə müraciətimiz oldu. AMEA bizə rəy ünvanlayıb və fikirlərimiz üst-üstə düşüb".(report.az)

© AzNews.az