Konfransın sertifikatları alimin öz imzası ilə təqdim olunacaq Konfransın sertifikatları alimin öz imzası ilə təqdim olunacaq
  • Toplum
  • 11 Fevral 2019 14:05
  •  2 820

Akademik Londonda elmi konfransda çıxış edəcək

Konfransın sertifikatları alimin öz imzası ilə təqdim olunacaq

25-26 fevral tarixində AMEA-nın vitse-prezidenti, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktoru, akademik Tofiq Nağıyev London şəhərində keçiriləcək “Abstract accepted – 4th Annual Conference and Expo on Biomaterials” konfransında iştirak edəcək.

AzNews.az xəbər verir ki, təşkilat komitəsindən göndərilən materiala – referata yazdığı izahat və şərhlərlə konfransın işinə dəstək göstərən akademik həmçinin konfransın ilk günündə geniş məruzə ilə çıxış edəcək.

Qeyd edək ki, akademik Tofiq Nağıyevin geniş tədqiqatlarına və təcrübəsinə əsaslanan konfransın sertifikatları alimin özünün imzası ilə təqdim ediləcək. Məruzəçi və iştirakçılara sertifikatların verilməsi akademik T.Nağıyevə həvalə edilib.

Səidə Nurməmmədli
AzNews.az