Yol polisi sınaq imtahanlarında uşaqları necə qoruyub? - Açıqlama

6 minə yaxın şagirdin təhlükəsizliyi bu qaydada qorunub

Bazar günü Respublika üzrə keçirilən sınaq imtahanlarında şagirdlərin təhlükəsizliyini təmin etmək məqsədilə yol polisi gücləndirilmiş iş rejimində çalışıb.

AzNews.az Baş Dövlət Yol Polisi idarəsinə istinadən xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin Daxili İşlər Nazirliyinə rəsmi müraciətindən sonra Yol Patrul Xidmətinin əməkdaşları şagridlərin avtobus, mikroavtobus və digər nəqliyyat vasitələrilə imtahan məntəqələrinə təhlükəsiz çatdırılmasını təmin ediblər.

Bildirilir ki, təxminən 6 minə yaxın şagirdin təhlükəsizliyi bu qaydada qorunub.

Qeyd edək ki, respublika ərazisində imtahan zamanı hər hansı yol-nəqliyyat hadisəsi baş verməyib.

Səidə Nurməmmədli
AzNews.az