ASCO sədrinin birinci müavini Mübariz Cabbarov mükafatçıları təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. ASCO sədrinin birinci müavini Mübariz Cabbarov mükafatçıları təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
  • Toplum
  • 11 Fevral 2019 19:21
  •  3 610

Dənizçilərə yubiley medalı təqdim olundu - FOTOLAR

ASCO sədrinin birinci müavini Mübariz Cabbarov mükafatçıları təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sədri Rauf Vəliyevin sərəncamına əsasən, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)” Azərbaycan Respublikasının yubiley medalına layiq görülən əməkdaşlara medallar təqdim olunub.

QSC-dən verilən məlumata görə, təqdimetmə mərasimində ASCO sədrinin birinci müavini Mübariz Cabbarov ölkəmizdə gəmiçilik sahəsinə göstərilən diqqət və qayğıdan danışıb.

O, mükafatçıları təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Yubiley medalına layiq görülənlər, öz növbəsində, əməklərinə verilən yüksək qiymətə görə minnətdarlıqlarını bildirib, bundan sonra da qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirəcəklərinə söz veriblər.

AzNews.az

image description image description image description