Namizədlər ətraflı məlumatı DİM-in saytından əldə edə bilərlər. Namizədlər ətraflı məlumatı DİM-in saytından əldə edə bilərlər.
  • Toplum
  • 12 Fevral 2019 17:47
  •  2 448

DİM qrafiki müəyyənləşdirdi

Namizədlər ətraflı məlumatı DİM-in saytından əldə edə bilərlər.

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən yanvarın 4-də elan olunmuş müsabiqənin müsahibə mərhələsinin keçirilmə qrafiki müəyyən edilib.

DİM-dən verilən məlumata görə, elan üzrə 15 dövlət orqanında olan inzibati dövlət qulluğu vəzifələrinə aid 308 (A növü üzrə 26 vəzifə, B növü üzrə 282 vəzifə) vakant vəzifə müsahibəyə çıxarılıb. Elana çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçmiş 472 namizədlə 996 müsahibənin keçirilməsi planlaşdırılır.

Ən yüksək müsabiqə vəziyyəti Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ictimaiyyətlə əlaqələr və vətəndaş qəbulu şöbəsində məsləhətçi (1 vakant yer üzrə 44 namizəd), Dövlət Mülki Aviasiya Agentliyinin inzibati sektorunda aparıcı məsləhətçi (1 vakant yer üzrə 77 namizəd), Dövlət Avtomobil Nəqliyyatı Xidmətində məsləhətçi (1 vakant yer üzrə 64 namizəd) vəzifələri üzrə qeydə alınıb.

Müsahibələrin fevralın 18-dən aprelin 4-dək keçirilməsi nəzərdə tutulur. Müsahibədə iştirak üçün qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı DİM-in saytından əldə edə bilərlər.

AzNews.az