Agentliyin hazırladığı video-çarxlar təqdim olunub Agentliyin hazırladığı video-çarxlar təqdim olunub
  • Toplum
  • 13 Fevral 2019 15:45
  •  1 955

Bu dəfə Şəkidə və Şamaxıda - FOTO

Agentliyin hazırladığı video-çarxlar təqdim olunub

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məktəblərdə maarifləndirmə tədbirlərini davam etdirir.

“Sağlam məktəbli” layihəsi çərçivəsində növbəti maarifləndirmə tədbirləri fevralın 13-də Şəki şəhəri 10 saylı tam orta məktəb, Şəki şəhəri fizika-riyaziyyat təmayülü lisey və Şamaxı şəhəri S.M.Qənizadə adına 1 saylı tam orta məktəbdə keçirilib.

AzNews.az xəbər verir ki, tədbirdə məktəbin şagird və müəllim heyətinə təhlükəsiz qidalanma, enerji içkilərinin insan orqanizminə zərərləri, qida təhlükəsizliyinə dair ilkin vərdişlər, məktəbli çantasının hazırlanması qaydaları, süd və süd məhsullarının faydaları barədə məlumatlar verilib, Agentliyin hazırladığı video-çarxlar təqdim olunub. Sonda Agentliyin regional bölmələrinin əməkdaşları tərəfindən məktəbliləri maraqlandıran suallar cavablandırılıb və onlara sağlam qidalanma ilə bağlı maarifləndirici materiallar paylanılıb.

Qeyd edək ki, "Sağlam məktəbli" layihəsi 2019-cu ildə Bakı şəhərində 20, regionlarda isə ümumilikdə 60-dan çox məktəbdə həyata keçirilməsi planlaşdırılıb. Layihənin keçirilməsində məqsəd məktəblilər arasında sağlam qidalanmanın təşviqi, qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanmasıdır.

Səidə Nurməmmədli
AzNews.az

image description