Yeni yaradılan ixtisaslara bu il qəbul aparılmayacaq - Nazirlik

Yeni qayda əsasında qəbul 2020-2021-ci tədris ili üçün nəzərdə tutulur

"Nazirlər Kabinetinin təsdiqlədiyi “Ali təhsilin bakalvriat (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) təsnifatı” qaydaları əsasında yeni yaradılan və ya adları dəyişdirilən ixtisaslara bu il qəbul aparılmayacaq".

Bunu Təhsil Nazirliyinin şöbə müdiri Yaqub Piriyev deyib.

Onun sözlərinə görə, yeni qayda əsasında qəbul 2020-2021-ci tədris ili üçün nəzərdə tutulur: "Bu təsnifatlar 3 il ərzində aparılan təhlillər, tədqiqatlar nəticəsində yaranıb".

Y.Pririyev əlavə edib ki, magistratura üzrə də gələcəkdə ixtisasların təsnifatı aparılacaq: “Bakalavriatda olan təsnifat əsasında magistraturada da mövcud ixtisaslara baxılacaq və buna uyğun dəyişiklik ediləcək. Prosesə bu il və ya gələn il başlanılacaq. Dəyişiklikdən öncə elə ixtisaslar var idi ki, ora 10 il ərzində qəbul aparılmırdı. İxtisasların ləğv olunması məzunlara təsir etməyəcək. yalnız bu ixtisasların yeni məzmunu hazırlanacaq".(report.az)

AzNews.az