Ekstremal şəraitdə sürmə təlimi keçəcəklər

Dərslərə 19 yaşdan yuxarı sürücülər dəvət edilir

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə (DANX) məxsus Azərbaycanın ilk “Nəqliyyat Təlim-Tədris Mərkəzi” MMC sürücülərin peşəkarlığının, bilik və bacarıqlarının artırılması üçün ekstremal şəraitdə sürmə təlimi dərslərinin təşkilinə start verib.