Evli kişidən hamilə qalan 22 yaşlı qızdan gözlənilməz hərəkət - VİDEO

Ailəsi Lamiyədən imtina edib.

Ötən gün ATV telekanalında yayımlanan "Bizimləsən" verilişində 22 yaşlı qızın dedikləri hər kəsi kövrəldib.

AzNews.az xəbər verir ki, evli kişidən uşaq dünyaya gətirən Lamiyə anasını və ailə üzvlərini ona sahib çıxmamaqda ittiham edib. Proqramın müzakirə mövzusu onun analıqdan məhrum edilməsi olub.

Belə ki, Lamiyənin həkimi verilişə zəng edərək onun psixi problemlərinin olduğunu söyləyib. Verilişdə hər kəs onun uşağa baxa bilməyəcəyini bildirib. Əsəblərinə hakim ola bilməyən qız uşağa baxa bilmədiyi üçün anasını qınayıb. Onun fəryad etməsi isə hər kəsi üzüb:

"Bütün qızlar uşağa baxmağı bacarmır. Hamısına anaları öyrədir ki, nəyi necə etmək lazımdır. Mənim anam isə heç yanımda olmadı".

Qeyd edək ki, Lamiyə evli kişi ilə münasibətdə olduğu üçün ailəsi ondan imtina edib.

Verilişdən sözügedən kadrları sizə təqdim edirik:

Aynur

AzNews.az