22 yaşlı Lamiyənin dedikləri hər kəsi kövrəltmişdi. 22 yaşlı Lamiyənin dedikləri hər kəsi kövrəltmişdi.
  • Toplum
  • 15 Fevral 2019 10:47
  •  2 895

Canlı yayımda şok görüntülər: ana evli kişidən hamilə qalan qızını... - VİDEO

22 yaşlı Lamiyənin dedikləri hər kəsi kövrəltmişdi.

Ötən gün ATV telekanalında yayımlanan "Bizimləsən" verilişində həyəcanlı anlar yaşanıb.

AzNews.az xəbər verir ki, evli kişidən uşaq dünyaya gətirən Lamiyənin anası aparıcı Zaurun xahişi ilə proqrama gəlib. Lakin studiyaya daxil olmaq üzərə olan ananın halı pisləşib.

Qəfil özündən gedən qadının yardımına ekspertlər və çəkiliş komandası gəlib. Daha sonra isə özünə gələn qadın evdən qaçaraq ailəli kişidən uşaq dünyaya gətirən qızını bağrına basaraq ona sahib çıxıb.

Xatırladaq ki, ötən gün ATV telekanalında yayımlanan "Bizimləsən" verilişində 22 yaşlı Lamiyənin dedikləri hər kəsi kövrəltmişdi.

Evli kişidən uşaq dünyaya gətirən Lamiyə anasını və ailə üzvlərini ona sahib çıxmamaqda ittiham edib. Proqramın müzakirə mövzusu onun analıqdan məhrum edilməsi olub.

Belə ki, Lamiyənin həkimi verilişə zəng edərək onun psixi problemlərinin olduğunu söyləyib. Verilişdə hər kəs onun uşağa baxa bilməyəcəyini bildirib. Əsəblərinə hakim ola bilməyən qız uşağa baxa bilmədiyi üçün anasını qınayıb. Onun fəryad etməsi isə hər kəsi üzüb:

"Bütün qızlar uşağa baxmağı bacarmır. Hamısına anaları öyrədir ki, nəyi necə etmək lazımdır. Mənim anam isə heç yanımda olmadı".

Qeyd edək ki, Lamiyə evli kişi ilə münasibətdə olduğu üçün ailəsi ondan imtina edib.

Verilişdən sözügedən kadrları sizə təqdim edirik

Aynur

AzNews.az