Vətəndaşların müraciət və təklifləri dinlənilib Vətəndaşların müraciət və təklifləri dinlənilib
  • Toplum
  • 15 Fevral 2019 14:41
  •  1 945

Nazir Beyləqanda vətandaşlarla görüşüb

Vətəndaşların müraciət və təklifləri dinlənilib

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən fevralın 15-də Ekologiya və Təbii Sərvətlər naziri Beyləqan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Beyləqan, İmişli, Zərdab, Fizuli, Xocavənd, Laçın, Ağcabədi, Ağdam və Bərdə rayonlarının vətəndaşlarını qəbul edib.

AzNews.az məlumat verir ki, qəbul zamanı meşələrin qorunması, biomüxtəliflik, ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, ətraf mühitin monitorinqi və s. məsələlərlə bağlı vətəndaşların müraciət və təklifləri dinlənilib. Müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digərləri üzrə nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar bölgə sakinlərinin yerindəcə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Səidə Nurməmmədli
AzNews.az