Komitədə müasir ailələrdə boşanmalar müzakirə olunub. Komitədə müasir ailələrdə boşanmalar müzakirə olunub.
  • Toplum
  • 15 Fevral 2019 17:55
  •  1 506

Komitədə boşanmalar müzakirə olundu

Komitədə müasir ailələrdə boşanmalar müzakirə olunub.

Milli Məclisdə Ailə, qadın və uşaq məsələləri komitəsinin təşkilatçılığı ilə “Ailə institutunun formalaşmasında adət-ənənələrimiz” silsiləsindən “Ailə institutunun formalaşmasında qanunvericiliyin rolu” mövzusunda ictimai dinləmə keçirilib.

Tədbirdə çıxış edən Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı milli mentalitetimizdən, Azərbaycan dövlətində ailə institutuna verilən dəyərdən danışdı. Müasir ailələrdə boşanmalar, məişət zorakılığı və s. kimi problemlərin qarşısını almaq üçün qanunvericilik sahəsində görülən işlərdən söz açıb. Bildirib ki, ictimai dinləmədən məqsəd bu sahədəki hüquqi bazanı daha da təkmillləşdirməkdir.

Sonra “Sağlam ailə modelinin qorunması və ailə institutunun dayanıqlı inkişafı” barədə məruzə edən Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov mövcud qanunvericiliyin yaratdığı imkanlardan söhbət açıb.

Sonra dinləmədə boşanmalar, qeyri-rəsmi nikahlar, erkən nikahlar, məişət zorakılığı kimi problemlər barədə geniş fikir mübadiləsi aparılıb.(qafqazinfo.az)

AzNews.az