Hazırda Bakı şəhəri ərazisində və bölgələrdə yeni evlərin tikintisi davam etdirilir. Hazırda Bakı şəhəri ərazisində və bölgələrdə yeni evlərin tikintisi davam etdirilir.
  • Toplum
  • 19 Fevral 2019 23:05
  •  1 661

Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib

Hazırda Bakı şəhəri ərazisində və bölgələrdə yeni evlərin tikintisi davam etdirilir.

Fevralın 19-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib. Qəbulu komitənin rəhbərliyi və məsul əməkdaşları aparıblar.

Komitə sədri Rövşən Rzayev vətəndaşların müraciətlərini ayrı-ayrılıqda dinləyib, onların hər birinin araşdırılması üçün müvafiq tapşırıqlar verib. Məcburi köçkünlərin müraciətləri, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, vahid aylıq müavinətlərin verilməsi, məşğulluq, status məsələləri, kommunal xidmətlər və digər sosial problemlərlə bağlı olub.

Sosial müafiəyə xüsusi ehtiyacı olan şəxslər kimi məcburi köçkünlərin problemlərinin həlli dövlət siyasətinin üstün istiqamətlərindəndir. Yeni salınan qəsəbələrin, yaşayış komplekslərinin sayı ilbəil artır, məcburi köçkünlərin mənzil-məişət şəraiti mərhələli şəkildə yaxşılaşdırılır. Prezident İlham Əliyevin tapşırığına əsasən, bu sahədə işlər daha da sürətləndirilib. Hazırda Bakı şəhəri ərazisində və bölgələrdə yeni evlərin tikintisi davam etdirilir.

Məcburi köçkünlərlə bağlı məsələlərə daim xüsusi həssaslıqla yanaşan Birinci vitse-prezident xanım Mehriban Əliyevanın hələ də ən ağır vəziyyətdə yaşayan köçkün ailələrin yeni mənzillərə köçürülməsi barədə tapşırığı davamlı şəkildə icra olunur. Son illərdə yüzlərlə belə ailə zirzəmilərdən, yarımçıq və yararsız tikililərdən yeni mənzillərə köçürülüb.

Vətəndaşların Dövlər Komitəsində qəbul zamanı qaldırdıqları məsələlər operativ şəkildə araşdırılacaq və qanunvericiliyə uyğun tədbirlər görüləcəkdir.

AzNews.az