"Əgər ata etibarnamə versə, uşağın həyatını xilas etmək olacaq” "Əgər ata etibarnamə versə, uşağın həyatını xilas etmək olacaq”
  • Toplum
  • 21 Fevral 2019 11:57
  •  5 540

Azərbaycanda dəhşət: yanan körpənin müalicəsinə atası razı deyil? - VİDEO

"Əgər ata etibarnamə versə, uşağın həyatını xilas etmək olacaq”

4 gündür ki, yanaraq, ağır bədən xəsarətləri alan körpə bu gün Bakıdan Türkiyəyə aparıla bilər.

Bu barədə AzNews.az-a Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib. O, deyib ki, atasının icazəsi olmadan balaca qızı İstanbul şəhərinə aparmaq mümkin deyil:

“Hadisə 4 gün öncə Azərbaycanın rayonlarının birində baş verib. Uşaq başından, anası isə qolundan yanaraq ağır dərəcəli xəsarət alıblar. Burdan aydın olur ki, uşaq yanarkən ana onu söndürmək istəyib. Bu üzdən də ana da yanıb. Uşağı təcili olaraq Bakıdakı 5 saylı xəstəxananın yanıq şöbəsinə yerləşdiriblər. Amma həkimlər onun xaricdə müalicə olunmasını məsləhət görüblər. Uşağı Türkiyənin İstanbul şəhərinə aparmaq üçün atası izacə verməlidir. Amma ata bu günə kimi etibarnamə vermir. Uşağın nənəsi məsələyə müdaxilə edib. O, bildirib ki, “bizlik deyil, hara və necə istəyirlərsə, aparsınlar. Biz ona etibarnamə verməyəcəyik”.

Kəmalə Ağazadə qeyd edib ki, hüquq-mühafizə orqanlarının köməyi nəticəsində uşağın atası tapılıb: “Aidiyyatı orqanlar işə qarışıb. Bu gün atanın Bakıya gəlməsi gözlənilir. Əgər ata etibarnamə versə, uşağın həyatını xilas etmək olacaq”.

Sədr uşağın müalicəsi üçün Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovun xüsusi dəstəyi olduğunu vurğulayıb.

Bahar RÜSTƏMLİ
AzNews.az