Son dövrlərdə Azərbaycanda ixtisaslaşmış televiziya kanallarının açılması özünü doğrultdu. Son dövrlərdə Azərbaycanda ixtisaslaşmış televiziya kanallarının açılması özünü doğrultdu.
  • Toplum
  • 21 Fevral 2019 15:29
  •  933

Azərbaycanda yeni ixtisaslaşmış xəbər kanalı açıla bilər

Son dövrlərdə Azərbaycanda ixtisaslaşmış televiziya kanallarının açılması özünü doğrultdu.

Bunu özəl olaraq Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.

O qeyd edib ki, xüsusən mədəniyyət kanalının, idman kanalının və xəbər kanallarının açılması teleradio məkanına yeni bir nəfəs gətirdi: “Biz bunu artıq hiss edirik. Ona görə də bu tipli kanalların, xüsusən də xəbər kanallarının açılmasında maraqlıyıq. İndiki dövrdə informasiya cəmiyyətində xəbər kanallarının, müasir maddi-texniki bazaya malik və informasiya texnologiyalarının üstünlüklərindən istifadə edən kanallarının açılmasında maraqlıyıq”.

Yeni ümumrespublika televiziya kanalının açılması ilə bağlı MTRŞ-ya müraciətlərin olub olmaması haqda suala cavab verən N.Məhərrəmli bildirib ki, Real TV respublika yayımçısı olmaq üçün müraciət edib:

“Biz o müraciətə baxacağıq və yaxın vaxtlarda uyğun qərarımızı verəcəyik”.(trend.az)

AzNews.az