Hətta 1-2 dəqiqəlik fiziki aktivlik də faydalıdır. Hətta 1-2 dəqiqəlik fiziki aktivlik də faydalıdır.
  • Toplum
  • 21 Fevral 2019 15:57
  •  2 302

Oturaq həyat tərzi ürəyə gedən qanın həcmini azaldır

Hətta 1-2 dəqiqəlik fiziki aktivlik də faydalıdır.

Fiziki aktivliyi üstün tutan qadınlar oturaq həyat tərzi keçirənlərlə müqayisədə ürək-damar sistemi problemlərindən əhəmiyyətli dərəcədə çox müdafiə olunurlar.

“The Daily Mail” nəşri xəbər verir ki, Kaliforniya Universitetinin alimləri müəyyən ediblər: oturaq iş rejimini cəmi bir saat qısaltmaqla siz ürək-damar xəstəlikləri riskini 10 faizdən çox, ürək xəstəliyini isə 25 faizdən artıq azalda bilərsiniz.

Alimlər bu nəticəyə 63-97 yaş arasında olan və insult və ya ürəktutması keçirməyən 5600 qadın üzərində apardıqları müşahidələrdən sonra gəliblər. Təhlillər göstərib ki, fiziki aktivliyin gündəlik hər əlavə saatı damarların və ürəyin xəstəlikləri riskini müvafiq olaraq 12 faiz və 26 faiz azaldır.

Hər gün 11 saat və daha artıq oturaq həyat tərzi keçirən qadınlar fiziki cəhətdən aktiv olan həmcinsləri ilə müqayisədə diabet və hipertoniya kimi problemlərdən daha çox əziyyət çəkirlər. Həm də uzun müddət fasiləsiz oturan qadınlarda ürək xəstəliyi riski iş yerində fasilə edən və gəzişənlərlə müqayisədə 52 faiz daha çoxdur.

Nəticə ondan ibarətdir ki, istənilən aktivlik müsbət effekt verir. Hətta 1-2 dəqiqəlik fiziki aktivlik də faydalıdır.

Oturaq həyat tərzi ürəyə gedən qanın həcmini azaldır, həmçinin qan damarlarının daxili divarları – endoteliyə də zərər verir.(AZƏRTAC)

AzNews.az