Bakıda bir gün əvvəl nişanlanan gənc qəzada vəfat edib. Bakıda bir gün əvvəl nişanlanan gənc qəzada vəfat edib.
  • Toplum
  • 22 Fevral 2019 14:01
  •  2 101

Bir gün əvvəl nişanı olmuşdu, qəzada öldü

Bakıda bir gün əvvəl nişanlanan gənc qəzada vəfat edib.

Hadisə dünən gecə saatlarında şəhər şossesindən Maştağaya gedən yolda baş verib.

Belə ki, Əli Novruzov Koroğlu metrosundan "1 manatlıq" taksiylə Maştağa qəsəbəsinə gedirmiş. Taksi sürücüsü qəza törədib və sərnişini Əli Novruzov vəfat edib.

Ə. Novruzovun fevralın 20-də nişanı olub. O, iş yoldaşı Aytən adlı qızla nişanlanıb. Onların hər ikisi Koroğlu metrostansiyasının yaxınlığında yerləşən "Bravo" marketdə işləyirmiş.(qafqazinfo.az)

AzNews.az