450 min evə sənəd veriləcəyi gözlənilir 450 min evə sənəd veriləcəyi gözlənilir
  • Toplum
  • 22 Fevral 2019 15:57
  •  8 344

Həyət evlərində yaşayanlara şad xəbər - Sənədləşmə ilə bağlı qərar veriləcək

450 min evə sənəd veriləcəyi gözlənilir

“Həyət evləri ilə bağlı sənədləşmənin aparılması zəruridir”.

Bunu AzNews.az-a açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov deyib. Onun sözlərinə görə, həyət evlərinin sənədləşməsi məsələsi hökumətin diqqətindədir:

“Bakı və Bakı ətrafında 450 min həyət evi var. Onların böyük qismi sənədsizdir. Həmin həyət evlərinin sahibəri bələdiyyədən və yerli icra hakimiyyətlərindən sənəd alıblar və onun əsasında da yaşadıqları evi tikiblər. Evlərin tikilməsi üçün xeyli xərc cəkilib. Düşünürəm ki, təhlükəli zonalarda yerləşməyən - xüsusən də yüksək gərginlikli elektreik xəttlərinin, qaz və su kəmərlərinə yaxın məsafədə olan evlərin çıxarışla təmin edilməsinə ehtiyac var”.

Vüqar Bayramov qeyd edib ki, mülkiyyət hüququnun tanınması həmin evlərin sahiblərinə bir sıra imkanlar yaradacaq:

“Həmin evlərin sahibləri evlərinin sənədlərini qoymaqla banklardan müxtəlif kreditlər ala biləcəklər. Aparılan monitorinqlərin hesabatı göstərir ki, bu məsələ hökumətin diqqətindədir. Və yaxın zamanlarda həyət evləri ilə bağlı buna oxşar addımlar atılacaq”.

Qeyd edək ki, Prezident İlham Əliyev bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda, bu vaxta qədər yeni tikilən binaların sənədləşməsi ilə bağlı olan problemlərin aradan qaldırılması nəzərdə tutulur.

Bahar RÜSTƏMLİ
AzNews.az