"Biz bununla bağlı layihələr hazırlayırıq" "Biz bununla bağlı layihələr hazırlayırıq"
  • Toplum
  • 14 Mart 2019 19:57
  •  2 592

Azərbaycanda yeni sirk binası inşa ediləcək

"Biz bununla bağlı layihələr hazırlayırıq"

“Azərbaycanda yeni sirk binası inşa ediləcək”.

Bunu mədəniyyət naziri Əbülfəs Qarayev "ASAN Radio"nun "QəbuldASAN" proqramında deyib.

Ə.Qarayev bildirib ki, sirkin hazırkı binası kifayət qədər məhdud bir ərazidə yerləşir: “Azərbaycanda yeni sirk binasının inşası haqqında düşünməyin vaxtı gəlib çatıb. Biz bununla bağlı layihələr hazırlayırıq. Ümumilikdə, yeni sirk binası inşa olunacaq. Köhnə sirkin binası isə əyləncə, şou və istirahət mərkəzi kimi fəaliyyət göstərəcək. Bu, yenilik olacaq”.

AzNews.az