- Toplum
- 15 Mart 2019 09:38
- 3 093
Bakıda yanğın - Sakinlər binadan çıxarıldı
10 nəfər təhlükəsiz əraziyə təxliyə olunub.
Bakı şəhərində yanğın hadisəsi baş verib.
AzNews.az FHN-ə istinadən xəbər verir ki, Binəqədi rayonunda beşmərtəbəli yaşayış binasının pilləkən qəfəsinin ikinci mərtəbəsində qaz sayğacı və elektrik kabeli yanıb.
Yanğın zamanı 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.
Mənzillər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
AzNews.az