Martın 27-də növbəti iş günüdür. Martın 27-də növbəti iş günüdür.
  • Toplum
  • 19 Mart 2019 09:07
  •  1 821

Sabahdan bir həftəlik Novruz tətili başlayır

Martın 27-də növbəti iş günüdür.

Sabahdan – martın 20-dən Novruz bayramı ilə əlaqədar 7 gün iş olmayacaq.

Nazirlər Kabinetinin qərarına əsasən tətil martın 20-dən 24-dək dövrü əhatə edir.

Martın 23-ü şənbə, 24-ü isə bazar gününə təsadüf etdiyindən ayın 25-i və 26-da da iş olmayacaq.

Martın 27-də, həftənin çərşənbə günü isə növbəti iş günüdür.

AzNews.az