Martın 19-da ümumilikdə 584 reyslə 17 min 800 sərnişin yola salınıb. Martın 19-da ümumilikdə 584 reyslə 17 min 800 sərnişin yola salınıb.
  • Toplum
  • 22 Mart 2019 16:59
  •  2 588

Bakı Avtovağzalından daşınan sərnişinlərin sayı açıqlandı - Bayram günlərində

Martın 19-da ümumilikdə 584 reyslə 17 min 800 sərnişin yola salınıb.

Novruz bayramı ərəfəsində və bayram günlərində Bakı Beynəlxalq Avtovağzal Kompleksindən ümumilikdə 60 mindən çox sərnişin bölgələrə yola salınıb.

Bakı Beynəlxalq Avtovağzal Kompleksindən bildirilib ki, martın 18-də ümumilikdə 514 reyslə 14 min 300 sərnişin yola salınıb. 2100 sərnişin biletləri əvvəlcədən əldə edib (onlayn və qabaqcadan satış kassalarindan). Martın 19-da ümumilikdə 584 reyslə 17 min 800 sərnişin yola salınıb, qabaqcadan bilet alanların sayı isə 5000 nəfər olub.

Həmçinin martın 20-də ümumilikdə 513 reyslə 14 min 742 sərnişin yola salınıb, biletləri qabaqcadan əldə edən sərnişinlərin sayı 3303 nəfərdir. Martın 21-də isə təxminən 13-14 min nəfər sərnişin daşınıb.