Paytaxtın Xətai rayonunda ev yanıb. Paytaxtın Xətai rayonunda ev yanıb.
  • Toplum
  • 23 Mart 2019 10:32
  •  1 683

84 yaşlı kişi evində yanaraq öldü

Paytaxtın Xətai rayonunda ev yanıb.

Fövqəladə Hallar Nazirliyinin saytının verdiyi məlumata görə, Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 107 m² olan birmərtəbəli 4 otaqlı evin 2 otağının, dəhlizinin yanar konstruksiyaları və ev əşyaları 54 m² sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı 1935-ci il təvəllüdlü Abbasov Əli Bayram oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub.

Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

AzNews.az