Sumqayıt şəhərində 59 yaşlı qaynaqçı iş zamanı ölüb. Sumqayıt şəhərində 59 yaşlı qaynaqçı iş zamanı ölüb.
  • Toplum
  • 23 Mart 2019 13:30
  •  2 194

59 yaşlı qaynaqçı iş zamanı öldü

Sumqayıt şəhərində 59 yaşlı qaynaqçı iş zamanı ölüb.

Hadisə "Beton zavod" adlanan ərazidə qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini, 1960-cı il təvəllüdlü Sergey Nikolayeviç Sergeyevin həmin ərazidə qaynaq işləri apararkən anidən ürəyi dayanıb. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.(report.az)

AzNews.az