Meyit müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib. Meyit müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.
  • Toplum
  • 23 Mart 2019 20:32
  •  1 345

Sumqayıtda 11 yaşlı uşağı maşın vuraraq öldürdü

Meyit müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.

Sumqayıt şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə 26-cı məhəllə, Səməd Vurğun küçəsi, "Simurq" şadlıq evinin qarşısında olub.

Həmin ərazidə yolu keçmək istəyən 2008-ci il təvəllüdlü Abdulzadə Həbib Rahid oğlunu maşın vurub. Yaralı xəstəxanaya çatdırılsa da, dünyasını dəyişib.

Meyit müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır. (report)

AzNews.az