Bakıda ticarət mərkəzində qadından tərbiyəsiz hərəkət - anbaan kadrlar- VİDEO

Orta yaşlı qadının bu əməli hər kəsi şoka salıb

Bakıda görünməmiş soyğunçuluq hadisəsi baş verib.

AzNews.az xəbər verir ki, qadın başına gələn hadisə ilə bağlı ATV telekanalında yayımlanan "Bizimləsən" verilişində məlumat verib. Verilişə müraciət edən qadın başına gələn hadisədən danışıb:

"Nizami rayonunda mağazada işləyirəm. Bir qadın mənə yaxınlaşıb dedi ki, ehtiyacım var, qızılımı satmaq istəyirəm. Mənim də yazığım gəldi, almağa qərar verdim. Getdik birlikdə qızılı yoxlatdıq. Təmiz qızıl olduğuna inandıqdan sonra razılığa gəldim. Pulunu ödədim. O da taksiya minib getdi. Geri dönüb qızılı yenidən yoxladanda mənə bunun qızıl olmadığını söylədilər. Sonra mənə məlum oldu ki, o mənə cibindən həmin qızılın eynisi olan saxta boyunbağını verib".

Verilişdə oğurluq edən qadının görüntüləri göstərilib.

Aynur

AzNews.az