Məsələnin təfərrüatı bu gün müzakirə ediləcək Məsələnin təfərrüatı bu gün müzakirə ediləcək
  • Toplum
  • 15 Aprel 2019 16:21
  •  1 541

Nazirlik uşaqların döyülməsi ilə bağlı iddialara münasibət bildirdi

Məsələnin təfərrüatı bu gün müzakirə ediləcək

Təhsil Nazirliyi Bakının Mərdəkan qəsəbəsində yerləşən valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbində uşaqların döyülməsi və təhqir olunması ilə bağlı iddialara münasibət bildirib.

Nazirlikdən bildirilib ki, internat məktəbi barədə sosial şəbəkədə yazı paylaşan müəllif Leyla Ucal Təhsil Nazirliyinə dəvət edilib və məsələnin təfərrüatı bu gün onun iştirakı ilə müzakirə ediləcək.

"Bəhs edilən internat məktəbinə bir neçə media qurumu bu gün səfər edib, orada olan vəziyyətlə bilavasitə özləri tanış olub. Son bir neçə il ərzində internat məktəblərində olan şəraitlə bağlı müxtəlif media qurumlarının iştirakı ilə dəfərlərlə tanışlıq səfərləri təşkil edilib və nazirlik bu kimi məsələlərdə ictimai nəzarət funksiyasına həmişə xüsusi önəm verib"- deyə qurumdan bildirilib.(report.az)

AzNews.az