Məktəblilər üçün təşkil olunan proqram 15 noyabr 2018-ci il tarixindən başlayaraq 12 aprel 2019-cu il tarixinə qədər davam edib Məktəblilər üçün təşkil olunan proqram 15 noyabr 2018-ci il tarixindən başlayaraq 12 aprel 2019-cu il tarixinə qədər davam edib
  • Toplum
  • 15 Aprel 2019 17:11
  •  5 544

“Gələcəyin mühəndisi” müsabiqəsinın qalibləri bəlli oldu - FOTO

Məktəblilər üçün təşkil olunan proqram 15 noyabr 2018-ci il tarixindən başlayaraq 12 aprel 2019-cu il tarixinə qədər davam edib

Bakı Şəhər məktəbliləri arasında keçirilən “Gələcəyin mühəndisi” müsabiqəsinın qalibləri müəyyənləşib.

AzNews.az xəbər verir ki, Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, Tusi-Bohm Planetarium birgə əməkdaşlıq çərçivəsində, Şamaxı Astrofizika Rəsədxanası, Azərkosmos, Bakı Dövlət Universiteti və Park Bulvar AVM-in dəstəyi ilə 12 aprel “Ümumdünya Kosmonavtika günü”nə həsr olunmuş Bakı şəhər məktəbliləri arasında ”Gələcəyin mühəndisi” müsabiqəsi keçirilib. Məktəblilər üçün təşkil olunan proqram 15 noyabr 2018-ci il tarixindən başlayaraq 12 aprel 2019-cu il tarixinə qədər davam edib.

Məktəblilər Tusi-Bohm Planetariumda astroloji filmləri izləyib və onların əsasında maketlər hazırlayıblar. Müsabiqənin seçim mərhələsi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzində həyata keçirilib. Təşkilat Komitəsi tərəfindən yaradılmış astrofiziklər, mühəndislər və mütəxəssislərdən ibarət olan münsiflər heyəti məktəblilərin hazırladıqları maketləri qiymətləndiriblər. Münsiflər heyətinə Firuzə Sultan-zadə - Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru, Famil Mustafa - TUSİ-BOHM Planetariumun direktoru, Mirnamik Bəşirov - Şamaxı Astrofizika Rəsədxanasının elmi işçisi, Böyükbəy Vəzirov - Azərkosmosun peyk mühəndisi, Fuad Dadaşov - Milli Aviasiya Akademiyasının böyük elmi işçisi daxil edilib. “Gələcəyin mühəndisi” müsabiqəsi Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Bakı şəhər ümumtəhsil müəssisələrinin V-VIII və IX-XI sinif şagirdləri arasında 2 yaş qrupu çərçivəsində (fərdi və qrup şəklində) keçirilib. Müsabiqədə 24 məktəb üzrə 63 iştirakçı hazırladıqları 54 maket ilə çıxış ediblər.

Müsabiqənin mükafatlandırma mərasimi Park Bulvar AVM-də fəaliyyət göstərən TUSİ-BOHM Planetariumda “Kosmonavtika günü” ilə əlaqədar olaraq təntənəli şəkildə qeyd olunub. 1-ci yaş qrupu üzrə V-VIII sinif şagirdləri arasında I yerə – 25 bal ilə 103 saylı tam orta məktəbin şagirdi Firudin Musalı, II yerə – 24 bal ilə 167 saylı tam orta məktəbin şagirdi Tuqay Xəlilli, III yerə isə 22 bal ilə İ.Əfəndiyev adına Elitar Gimnaziyanın şagirdi Hidayətzadə İmran layiq görülüb. 2-ci yaş qrupu üzrə IX-XI sinif şagirdləri arasında I yerə – 19 bal ilə təqdimatının orijinallığı ilə fərqlənən 91 saylı tam orta məktəbin şagirdləri Alıyeva Lalə və Matveyeva Fatimə; II yerə – 19 bal ilə 329 saylı tam orta məktəbin şagirdi Məmmədli Səid, III yerə isə 18 bal ilə 7 saylı tam orta məktəbin şagirdi Əliyev Ağabaqir layiq görülüb.

Müsabiqə nəticəsində yaş qrupları üzrə I yerə layiq görülənlər 500 AZN, II yerə - 350 AZN, III yer isə 250 AZN dəyərində pul mükafatı, diplom və hədiyyələr ilə təltif olunublar. Müsabiqədə iştirak edən digər məktəblilər isə sertifikat və hədiyyələr ilə mükafatlandırılıblar.

AzNews.az

image description image description image description image description image description image description image description image description image description image description