Vanqanın 2019-cu il proqnozları - dəhşətli sunami, iqtisadi çöküş...

Bolqarıstanlı kahin Notr-Dam kilsəsindəki yanğın barədə öncədən məlumat verib

Gözləri görməyən öngörücü Vanqanın 2019-cu il haqqında verdiyi kəhanətlər ortaya çıxıb.

AzNews.az xəbər verir ki, bu günə kimi 11 sentyabr hadisəsi, şahzadə Diananın ölümü, İŞİD və Brexit kimi bir çox baş verənlər haqqında illər öncə məlumat verən Vanqanın 2019-cu il üçün söylədikləri məlum olub.

Növbəti kəhanətində Vanqa 2019-cu ildə Rusiyaya Meteorit düşəcəyini bildirib. Bundan başqa o, Rusiya prezidenti Valdimir Putinin sui-qəsdə hədəf olacağını deyib.

Vanqa Avropanın iqtisadi çöküşü haqqında proqnoz verib.

Bolqarıstanlı kahin 2019-cu ildə meqa sunami gözləndiyini və onun Asiyanın böyük bir hissəsini siləcəyini bildirib.

O, öngörmələrindən birində ABŞ prezidenti Donald Trampın bir xəstəliyə yoluxacağını söyləyib. Bildirib ki, Donalt Tramp beyin zədəsi alacaq və qulaqları eşitməyəcək.

Qeyd edək ki, Vanqa Parisin Notr-Dam kilsəsindəki yanğın barədə də öncədən məlumat verib.

Aynur

AzNews.az