Sahibsiz itlərə nəzarət gücləndirilməlidir. Sahibsiz itlərə nəzarət gücləndirilməlidir.
  • Toplum
  • 22 Aprel 2019 16:37
  •  1 391

“Aqressiyalarını azaltmaq üçün küçə itləri sterilizə olunmalıdır” - Baytar

Sahibsiz itlərə nəzarət gücləndirilməlidir.

Bunu baytar Orxan Hacılı deyib.

Baytarın sözlərinə görə, sürü halında gəzən küçə itlərinin bir sıra daxili qaydaları olur: "Məsələn, dişi uğrunda mübarizə, balalarını qorumaq instinkti, qidaya görə dalaşmaq və s. Bunlar hamısı itlərdə aqressiya yaradır. Aqressiyalarını azaltmaq üçün küçə itləri sterilizə olunmalıdır. Bu əməliyyatdan sonra itlərdə cinsi aktivlik aşağı enir. Belə olan halda heyvanlar tam sakit halda gəzə bilirlər, təhlükəsiz olurlar”.

O.Hacılı bildirib ki, quduz itlər insanlara qarşı aqressivliyi ilə seçilir: "Heyvanın quduz olmasından tam əmin olmaq üçün itlərdən analiz götürülür. Bu analizlər nəticəsində quduz olduğu müəyyənləşən itləri sağaltmaq mümkün deyil, çünki onlar tələf olurlar. Sağlam itlərə isə quduzluğa qarşı vaksin vurulur”.

Həkim bu sahədə cəmiyyətdə maariflənməyə ehtiyac olduğunu da vurğulayıb: "Küçə heyvanlarına, sahibsiz itlərə qarşı diqqətli olmaq vacibdir. Sahibsiz itlər insanlar tərəfindən əziyyətə məruz qaldıqları üçün aqressiv olurlar. Onlar ac və susuzdurlar. Qayğı görən, yemək və su verilən heyvanlar insanlara hücum etmir”.(trend.az)

AzNews.az