"Əməyi keçən hər kəsə dərin təşəkkürlərimizi bildiririk" "Əməyi keçən hər kəsə dərin təşəkkürlərimizi bildiririk"
  • Toplum
  • 24 Aprel 2019 15:13
  •  1 676

Nazirlik kimsəsiz qadına sahib çıxdı

"Əməyi keçən hər kəsə dərin təşəkkürlərimizi bildiririk"

Gəncədən gələn və Bakıda baxımsız vəziyyətdə küçədə qalan qadına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sahib çıxıb.

Bu barədə AzNews.az-a Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə deyib.

Onun sözlərinə görə, aprelin 3-də baxımsız şəraitdə aşkarlanan Mətanət Hüseyn qızı Əkbərova Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində olan müəssisələrdən birinə yerləşdirilib:

“Bu məsələdə əməyi keçən hər kəsə dərin təşəkkürlərimizi bildiririk. Hazırda Kəpəz rayon Polis Şöbəsi tərəfindən Mətanətlə bağlı təhqiqat davam etdirilir”.

Qeyd edək ki, Mətanət Əkbərova aprelin 3-də Bakıda baxımsız vəziyyətdə tapılıb. O, hüquq-mühafizə orqanlarının iştirakı ilə Azərbaycan Uşaqlar Birliyinə yerləşdirilib.

Bahar RÜSTƏMLİ

AzNews.az